Azərbaycan Premyer Liqasında V turun “Neftçi” – “Sumqayıt” (3:0) matçından sonra təşkil olunan mətbuat konfransında qonaqların məşqçisi Rail Məlikov jurnalistlərin suallarını cavablandırdı.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Ağır oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Təqvim ağır idi. İlk hissədə bərabər oyun getdi. “Neftçi” 1 zərbə vurdu, o da qol oldu. Futbolda belə şeylər olur. “Qara zolağ”a düşmüşük. Bir qələbə lazımdır. Ardı gələcək.
- Komanda heç qol vura bilmir...
- Bir az pozitiv olaq. İndiyə qədər bizdə legioner olmayıb. Adaptasiya olmalıdır. Bir də bilirik ki, qol yoxdur. Bir qələbə lazımdır, ardı gələcək. Legionerlər adaptasiya olur. Oyundan oyuna komanda irəli gedir. Verilən tapşırıqları 80 faiz yerinə yetirirlər.
- Aleksey Baqa heç vaxt 5-li müdafiə oynatmayıb. Bu gün sistemi dəyişməyi nə ilə bağlı idi?
- 3-5-2 oynayırdıq. Bu, 5 müdafiəçi sayılmır. Bu gün daha çox hücum etmək istəyirik.
- Onda fərqli oyuna baxmışıq...
- Eyni oyundur. Hərənin öz fikri var.
- Növbəti oyundan sonra da mətbuat konfransında siz olacaqsız?
- Bu gün məşqçinin səhhətində problem oldu deyə, mən əvəz etdim.
- 11 il ərzində belə zəif “Sumqayıt” görmüşdüz?
- Nəyə zəif deyirsiz? Pozitiv olmalıyıq. Futbolda belə hallar baş verir. Penaltidən sonra komanda oyundan qopdu. 1-2 oyuna görə komandaya zəif demək olmaz.

