“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqanın həyat yoldaşı Natalya Baqa Azərbaycanda işlə təmin olunub.
41 yaşlı belaruslu mütəxəssisin xanımı artıq Azərbaycan Gimnastika Federasiyasında fəaliyyət göstərir.
O, bədii gimnastika üzrə komandada məşqçi olaraq çalışır.
Natalya Baqa ölkəmizə gələndək də Belarusda bu sahə üzrə işləyib.
SPORTİNFO.AZ

