Son möhlətin İLK SINAĞI

3 Sentyabr 2022 19:40 Sumqayıt 740
Son möhlətin İLK SINAĞI

Aleksey Baqalı "Sumqayıt" mövsümə heç də uğurlu start götürə bilməyib.

Bunun isə müxtəlif səbəbləri var - Heyətin gec formalaşması, baş məşqçinin iradəsindən kənar edilən transferlər və startdakı uğursuz təqvim.

Səbəbləri və ya bəhanələri daha da uzatmaq olar. Amma artıq gecdir. Arxada qalan turlar və bundan sonrakı matçlardakı mümkün uğursuzluqda rəhbərliyin həər nə qədər günahı olsa da, ilk haqq-hesab kürsüsünə otuzdurulan Aleksey Baqa olacaq. Ki, heyət niyə hələ də formalaşmayıb?

Komanda 5-ci tur matçına çıxır, amma transfer əməliyyatları bitməyib. Başq məşqçinin iradəsindən kənar transferlər edilib? Olsun, zamanında reaksiya verər, qarşısını alardı. Sələfi Ayxan Abbasov kimi...

Təqvimə qalanda isə "Neftçi", "Sabah" məğlubiyyətin və "Zirə" bərabərliyin başa düşdük, bəs 2 ay əvvəl formalaşmağa başlayan "Turan Tovuz"la bərabərliyə nə söz?

Hər şey bir kənara belaruslu mütəxəssisin komandası oyunu ilə gələcəyə hər hansı müsəbt siqnal da vermir, verə bilmir. Ən pis olanı da budur.

Bu isə onun gedişini tezləşdirən, şərtləndirən öncül detaldı.

Bildiyimiz qədəri ilə artıq bu yolda rəhbərlikdən əcnəbi mütəxəssisə ilk həyəcan siqanlı da gəlib.

Əgər qarşıdakı 3-4 turda indiki çıxış xətti müsbət yola yönəlməsə çalışdırıcya Belarusun yolu görsənəcək.

Bu yolda isə ilk sınaq bu gün "Neftçi"yə qarşı olacaq. "Baksel Arena"da qazanılacaq bir xal da onun aktivinə yazılacaq. Növbəti turlar "Şamaxı", "Səbail", "Kəpəz" kimi münasib rəqiblərlə qarşılacaq Baqa üçün bugünkü müsbət nəticə uğurlu dönəmə atılan ilk uğurlu addım sayılacaq. Əgər bacarsa...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti