Kapitan "Neftçi" ilə matça tribunadan baxacaq

3 Sentyabr 2022 16:40 Sumqayıt 905
Kapitan "Neftçi" ilə matça tribunadan baxacaq

Komandası kimi, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov üçün də mövsüm uğursuz start götürüb.

Belə ki, ilk iki turda baş məşqçi Aleksey Baqanın qəzəbinə tuş gəlib, ehtiyatda oturan müdafiəçi yalnız üçüncü turda oynamaq şansı əldə etmişdi.

Bakılıllarla bərabərə bitən (0-0) matçın ən yaxşılarından olan oyunçu yenidən əsas heyətə qayıtdığını düşünmək olardı.

Amma "Turan Tovuz"la 4-cü turun qarşılaşmasında aldığı zədə onun erkən - elə ilk hissədə əvəzlənməsi ilə nəticələndi.

"3 nömrə"nin zədəsi elə də yüngül deyil. Əzələsində 1-ci dərəcəli dartma olan futbolçu hələ də komanda ilə məşqlərə başlamayıb.

Onun ən yaxşı halda qarşıdakı həftə hazırlığa qoşulacağı gözlənilir.

Belədə kapitanın "Neftçi" ilə ağır səfər matçını tribunalardan izləyəcəyi dəqiqdir.

"Neftçi" - "Sumqayıt" qarşılaşması bu gün, saat 20:30-da "Baksel Arena"da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti