“Sumqayıt” növbəti transfer çalışmasını yekunlaşdırmağa hazırlaşır.
Legioner qadağasından qurtulandan sonra xarici bazara rahat çıxış imkanı əldə edən “kimyaçılar” bu dəfə Ukraynaya üz tutub.
“Gənclik şəhəri”nin danışıqlar apardığı və ilkin razılığını aldığı oyunçu qapıçı mövqeyində çıxış eləyir. Hələlik adı gizli saxlanılan və azad agent statusu daşıyan kiperlə birillik müqavilə imzalanması nəzərdə tutulub.
“Sumqayıt”ın yayda Andrey Popoviçlə yollarını ayırmasını və baxışa gələn iki polşalı “əlcək sahibi”ni bəyənmədiyini xatırladaq.
SPORTİNFO.AZ

