Premyer Liqada mövsümün ikinci baş məşqçi istefası – 2 turluq möhlət verildi

1 Sentyabr 2022 14:40 Sumqayıt 2 738
Premyer Liqada mövsümün ikinci baş məşqçi istefası – 2 turluq möhlət verildi

«Sumqayıt» rəhbərliyi baş məşqçi Aleksey Baqanın işindən narazıdır.

Belaruslu mütəxəssisin Azəröbaycandakı gələcəyi qarşıdakı 2 oyundan asılıdır.

Premyer Liqanın ilk 4 həftəsində iki məğlubiyyət alan və iki heç-heçəyə imza atan «kimyaçılar» irəlidə «Neftçi» ilə səfərdə, «Şamaxı»yla evdə üz-üzə gələcək.

«Gənclik şəhəri» təmsilçisi bu görüşlərdə uğurlu nəticə əldə etməsə, Baqadan istefa ərizəsi yazması istəniləcək.

Ötən ilin dekabrında görəvə gələn BATE-nin sabiq çalışdırıcısı «Sumqayıt»ı uğursuzluq zolağından çıxara bilməyib.

Keçən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuran kollektiv ölkə kubokunda da mübarizəni erkən dayaqdırıb və hazırda da autsayderlər qrupunda yer alıb.

Cari «futbol ili»ndə ilk baş məşqçi ayrlığının «Kəpəz»də qeydə alınmasını xatırladaq. İlk 4 turda məğlubiyyətləri sıralayan Gəncə təmsilçisi Yaşar Vahabzadəni yola salıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti