“Sumqayıt” hücumçusunun xidmətindən yararlana bilmir.
Ötən mövsümün gedişində zədələnərək uzun müddətə sıradan çıxan Xəzər Mahmudov hələ də kollektiv çalışmalarda iştirak edə bilmir.
Müalicə dövrünü uğurla başa vuraraq 2 həftə öncə fərdi məşqlərə başlayan 21 yaşlı hücumçu hələ də fərdi qaydada hazırlıq keçir.
Əvvəlki çalışmalar əsasən zal üçün nəzərdə tutulmuşdusa, artıq qazonda hərəkət etməsinə, güc toplamasına da icazə verilir.
Ortaya hər hansı problem çıxmasa, Xəzər sentyabrın ikinci ongünlüyündə kollektiv məşqlərdə iştirak edəcək. Yaşıl meydanlara dönüşü isə oktyabrdan tez olmayacaq.
Mahmudov 2021-ci ilin yayında “Şamaxı”dan “Sumqayıt”a keçərək klubla 2 illik müqavilə bağlamışdı. “Kimyaçılar”la anlaşması 2023-cü ilin yayına qədərdir.
HƏBİB / SPORTİNFO.AZ

