"Sumqayıt”ın üzləşdiyi ciddi problemin səbəbi üzə çıxdı

30 Avqust 2022 23:00 Sumqayıt 1 398
"Sumqayıt”ın üzləşdiyi ciddi problemin səbəbi üzə çıxdı

“Turan Tovuz”la oyunda qalib gəlməli idik və buna çox yaxın idik.

Sadəcə, həmin gün bəxt bizim tərəfimizdə deyildi, ona görə də ələ düşən imkanlardan yararlana bilmədik”.

“Sumqayıt”ın kabo-verdeli müdafiəçisi Stiven Pereyra Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan və qolsuz bərabərliklə yekunlaşan "Turan Tovuz”la oyunu dəyərləndirib.

“Kimyaçılar” əcnəbi baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında yayda lazım olan hazırlığı keçib və komandaya kifayət qədər legioner cəlb olunub.

Buna baxmayaraq, komanda 4 oyundan cəmi 2 xalla ayrılıb. Və ən pisi Sumqayıtın eyniadlı komandasının 360 dəqiqə ərzində rəqib qapılarına bir dəfə də olsun yol tapa bilməməsidir.

28 yaşlı legioner məlum problemin aradan qaldırılacağını düşünür ki, bunun üçün əlində əsas var:

“Qəti narahat deyilik. Bilirik ki, ən qısa zamanda qollar və qələbələr olacaq. Çünki komanda hər oyunda qol imkanları yaxalayıq, qələbəyə yaxın oluruq.

Sadəcə, şansları dəyərləndirməklə bağlı problem var. Onu da məşqlərdə səylə çalışmaqla aradan qaldıracağımza inanıram.

Möhkəm olmalı, həvəsdən düşməməli, gələcəyə inamla baxmalıyıq”.

“Sumqayıt” 4 oyundan sonra 2 heç-heçə sayəsində turnir cədvəlində 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Stiven Pereyra bu 4 görüşün hamısını əvəzlənmədən keçirib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti