Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt" "Turan Tovuz"u qəbul edib.
Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"dakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Rəqiblərindən bir oyun az keçirən Tovuz klubu 4 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 2 xalla 7-ci pillədə qərarlaşıb.

