100 min dollar xərcə düşməkdən qurtuldular, bir o qədər qazandılar

28 Avqust 2022 13:00 Sumqayıt 1 331
100 min dollar xərcə düşməkdən qurtuldular, bir o qədər qazandılar

Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi ilə “Traktor” rəhbərliyi arasında yaranmış problemin öz həllini tapmasını xəbər vermişdik

Ötən ay Təbriz klubu ilə 2 illik müqavilə imzalayan və aradakı anlaşılmazlığa görə bir müddət əvvəl Azərbaycana dönən yığma üzvü yenidən İranın yolunu tapıb.

Son günlərə kimi “Sumqayıt”ın düşərgəsində məşq edən arxa xətt oyunçusu geri qayıdaraq, “qırmızı qurdlar”ın yeni baş məşqçisi Kurban Berdiyevlə görüşüb və ona açıq qalan suallara aydınlıq gətirib.

Anlaşmanın reallaşması «Sumqayıt»ı da çox sevindirib. Əgər o, burada qalsaydı, «kimyaçılar» Höccətə hər ay 10 min dollar əməkhaqqı ödəməli idi.

Bu da mövcud durumda klubun büdcəsinin hədsiz «yüklənməsi» demək idi. İndi isə onlar nəinki əlavə xərcdən qurtuldu, 100 min dollar da qazanmış oldu.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti