"Günah məndədir" - Aleksey Baqa

26 Avqust 2022 20:50 Sumqayıt 1 006
"Günah məndədir" - Aleksey Baqa

Azərbaycan Premyer Liqasının IV turunun "Sumqayıt" - "Turan Tovuz" matçından (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Qol imkanlarından yararlana bilmədik. Çox danışmaq istəmirəm. Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Ələ düşən fürsətləri dəyərləndirməli idik.

- Start heyətiniz təəccüblü görsəndi...
- Ötən oyunla müqayisədə 2 dəyişiklik var idi. Aqressiv oynadıq.

- "Turan Tovuz"un heyətində 2 legioner var idi. Sizdə isə bu say 8-9 idi. Rəqib komanda cəmi 3-4 aydır bir yerdədir. Siz deyirsiz ki, rəqib yaxşı təşkilatlanmış komandadır...
- Bizim də çox vaxtımız olmayıb. Gedənlər oldu, yenilər gəldi. Baxmaq lazımdır ki, yenilər neçə vaxtdır komandadır?

- Onlardan fərqli olaraq, sizdə kimin nə vaxt gəlməsinə, komandanın nə vaxt yığışmasına qərarı siz verirdiz axı...
- "Qarabağ"la oyunda yaxşı görünürdük? Hə. Bütün futbolçular üçün çətindir. Xal itirməyimizə don geyindirmək istəmirəm. Bəzi oyunçuları ötən turdan əvvəl görmüşəm. Bir məqam da var ki, ilk 3 turda güclü rəqiblər ilə oynadıq. Yeni gələnlərimiz var. Onlar üçün bu ölkə, çempionat yenidir. Uyğunlaşamaları üçün vaxta lazımdır.

- Qol vurmaq üçün nə qədər vaxta ehtiyacınız var?
- Bu suala cavabım yoxdur.

- Komandanın gec yığışmasının günahkarı kimdir? Rəhbərlik, məşqçi, yoxsa jurnalistlər?
- Jurnalistlərin heç bir günahı yoxdur. Bu, sizin işinizdir. Sizin mənə suallar verməyiniz xoşdur. Günahkar haqda heç nə deyə bilmərəm. Necə oldusa, belə alındı.

- 4 tura qol vura bilməmisiz. Bunun müxtəlif səbəblərini sadalayırsız. Baş məşqçi kimi bunda sizin günahınız nə qədərdir?
- Maraqlı sualdır. Tam olaraq günah məndədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti