Azərbaycan millisinin müdafiəçisi problem yaşadığı yeni klubuna döndü

26 Avqust 2022 09:40 Sumqayıt 1 468
Azərbaycan millisinin müdafiəçisi problem yaşadığı yeni klubuna döndü

Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi ilə “Traktor” rəhbərliyi arasında yaranmış problem öz həllini tapıb.

Ötən ay Təbriz klubu ilə 2 illik müqavilə imzalayan və aradakı anlaşılmazlığa görə bir müddət əvvəl Azərbaycana dönən yığma üzvü yenidən İranın yolunu tapıb.

Son günlərə kimi “Sumqayıt”ın düşərgəsində məşq edən arxa xətt oyunçusu geri qayıdaraq, “qırmızı qurdlar”ın yeni baş məşqçisi Kurban Berdiyevlə görüşüb və ona açıq qalan suallara aydınlıq gətirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti