“Sumqayıt” hələ transfer çalışmalarını başa vurmayıb.
Bu haqda Sporinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni legionerlərin alınması istiqamətində aparılan işləı davam etdirilir:
“Azərbaycanda “transfer pəncərəsi”nin bağlanmasına hələ bir həftə qalıb. Hazırda düşərgəmizdə yeni futbolçu yoxdur.
Amma qarşıdakı günlərdə başqa əcnəbi futbolçuların bura gəlməsi də mümkündür.
Gəlin, son günədək gözləyək. Danışıqların gedişinə əsasən, hər şey ola bilər”.
Bu mövsümdən etibarən üzərindən legioner qadağası götürülən “Sumqayıt” xarici ilə münasibətlərini rəsmiləşdirib: Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya), Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan), Alya Ture (“Başakşəhər”, Türkiyə, icarə), Filipe Şabi (“Sportinq”, Portuqaliya), Ouro-Nil Ture (PSTC, Braziliya), Todor Todorski (“Sered”, Slovakiya) və Almir Aqanspahiç (“Çukariçki”, Serbiya ).

