Bu gün Azərbaycan Premyer Liqasında III turun daha 2 oyunu keçiriləcək.
3 xalla 5-ci sırada olan "Zirə" xalsız autsayder "Sumqayıt"ı sınağa çəkəcək.
Bu, tərəflərin ölkə çempionatında 28-ci dueli olacaq.
Əvvəlki görüşlərin 14-ü "qartallar"ın, 6-sı "gənclik şəhəri" təmsilçisinin xeyrinə başa çatıb. 7 qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin 35 qoluna qonaqlar 21 topla cavab veriblər.
Bu qarşılaşma ilə əlaqədar “Sumqayıt”da toplantı keçirilib. Aleksey Baqa uğursuzluq zolağından çıxmaq üçün əllərindən gələni etməli olduqlarını futbolçulara xatırladıb.
Baş məşqçi qeyd edib ki, komandanın düşdüyü vəziyyəti onu qayğılandırır, lakin “Qarabağ”la ötən tur keçirilən oyundan sonra gələcəyə inamı nisbətən artıb.
Belaruslu mütəxəssis qaçırılan qol epizodlarının səbəbini anlamağa çətinlik çəkdiyini vurğulayıb, bəzi futbolçuıların ümidlərini doğrultmadığını diqqətə çatdırıb.
SPORTİNFO.AZ

