“Vallah, hazırkı çempionatda asan rəqib yoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni transferi Vüsal İsgəndərli deyib.
İlk 2 turda ardıcıl olaraq “Sabah” və “Qarabağ”la qarşılaşmaq baxımından startdakı təqvimi Aleksey Baqanın komandası üçün bəxstsizlik adlandırmaq olar.
25 yaşlı yarımmüdafiəçi də bu məqama toxunub və hazırda Premyer Liqada zəif rəqib olmadığını dilə gətuirib:
“Hər kəs yuxarı pillələr üçün oynayır. Hər rəqib çətindir.
Ona görə də indi daha çox çalışmalıyıq ki, yeni transferlərimiz adaptasıya prosesin tez keçsinlər”.

