“Nə gizlədim,.. Narazılıq edirlər”

21 Avqust 2022 17:00 Sumqayıt 1 096
“Nə gizlədim,.. Narazılıq edirlər”

“Sizi inandırım ki, “Kəpəz”dəki məsuliyyət həmin klublardakından çoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında yeni mövsümə “Kəpəz”də başlayan Əfran İsmayılov deyib.

“Səbail”dən ayrılaraq Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayan yarımmüdafiəçi bildirib ki, vaxtilə “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” kimi iddialı və hər cür şəraitə sahib klublarda oynayandan sonra “Kəpəz”də çıxış etmək ona mənfi təsir göstərmir:

“Xeyr, qətiyyən! Azarkeşlər hər tərəfdən təzyiq edir ki, mütləq yaxşı nəticələr olmalıdır. Adicə məşqlərimizə nə qədər adam gəlir.

Ev oyunumuz Bakıya salınanda, nə qədər narazılıq etdilər ki, niyə belə olmalıdır? Bu cür azarkeşlərin olması məsuliyyəti iki qat artırır.

Nə gizlədim, belə dəstəyi sonuncu dəfə “Qarabağ”ın heyətində avrokubok oyunlarında görmüşdüm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti