Azərbaycan klubuna gəldi, pulunun bir hissəsini...

21 Avqust 2022 11:40 Sumqayıt 1 778
Azərbaycan klubuna gəldi, pulunun bir hissəsini...

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir legioneri düşərgəsinə gətirib.

"Kimyaçılar" ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçu Almir Aqanspahiçi 1 illik icarəyə götürüb.

25 yaşlı balkanlı “9” nömrəli formada çıxış edəcək.

Almir Aqanspahiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb.

Həmçinin Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.

“Sumqayıt” Aqanspahiçin keçidini əlverişli şərtlərlə rəsmiləşdirib. Onun aylıq maaşının bir hissəsini yenə “Çukariçki” ödəyəcək.

Bosniyalının burada oyun praktikası qazanacağı ilə bağlı qarşı tərəfə zəmanət verilib.

Mövsümün sonunda hücumçuya Azərbaycanda başqa bir komanda elçi düşərsə, təzminatdan “Çukariçki” ilə yanaşı, “Sumqayıt”a da pay düşəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti