Azərbaycan millisinin sabiq forvardı Pərdis Fərcad-Azad Almaniyada klubunu dəyişib.
34 yaşlı hücumçu “Berliner”dən ayrılaraq, “CFC Herta”(Berlin) ilə anlaşıb.
Ölkəmizdə “Sumqayıt”, “Zirə” və “Keşlə”da da forma geyinmiş Pərdis Azərbaycan yığmasında 6 oyun keçirib.
Əslən iranlı qolçu bu yay ölkəmizə qayıda bilərmiş. O, tanış şəxslər vasitəsilə “Sumqayıt”a öz xidmətini təklif edib.
Sadəcə, tərəflər illik ödəniş mövzusunda ortaq məxrəcə gəlməyib. Pərdis aylıq 7000-8000 dollardan aşağı məbləğə Azərbaycana dönməyəcəyini bildirib.
SPORTİNFO.AZ

