Serbiya klubu öz hücumçusunu hansı şərtlərlə Azərbaycana göndərib? - FOTO

19 Avqust 2022 21:20 Sumqayıt 1 529
Serbiya klubu öz hücumçusunu  hansı şərtlərlə Azərbaycana göndərib? - FOTO

"Sumqayıt"ın növbəti legionerlə anlaşmasını dünən xəbər vermişdik.

“Kimyaçılar” axtardığı hücumçunu Serbiyada tapıb. .

"Gənclik şəhəri" təmsilçisi "Çukariçki"də çıxış edən Almir Aganspahiçi heyətinə qatıb.

Serbiya klubu rəsmi “instaqram” səhifəsində bununla bağlı paylaşım edib və Almir haqda bunları yazıb:

"Çukariçki"nin hücumçusu Almir Aganspahiç mövsümün sonuna kimi “Sumqayıt”a icarəyə verilib. Bir neçə yerli klub Sarayevoda doğulan futbolçunu icarəyə götürməkdə maraqlı idi.

Lakin ən konkret və israrlısı “Çukariçki”nin ötən mövsüm Konfrans Liqasındakı rəqibi komanda oldu".

1996-cı il təvəllüdlü forvard Bosniya və Hersoqovinanın U-17, U-18 və U-21 yığmalarının formasını geyinib.

“Novi Qrad Sarayevo”nun yetirməsi indiyədək 8 klubun şərəfini qoruyub. Bosniayada “Sarayevo”, “Krupa” və “Čelik Zenica”nın uğurları üçün tər töküb.

Həmçinin Xorvatiyada “Osiyek”in, Norveçdə “Raufoss”, Serbiyada “Mladost Doboj Kakanj”, “Novi Pazar” və “Çukariçki”nin xidmətində dayanıb.

"Sarayevo", "Osiyek", "Raufoss", "Mladost"(Doboy Kakanj), "Krupa", "Çelik", "Novi Pazar"da çıxış edib. 25 yaşlı bosniyalı mərkəz hücumçusudur.

Serbiya təmsilçisi ona daim əsas heyətdə yer verəcəyinə dair “Sumqayıt”dan zəmanət alıb.

Əgər Almir mövsümün sonunda Azərbaycanın başqa bir komandasından təklif alarsa, mümkün keçiddən həm “Çukariçki”, həm də “Sumqayıt” qazanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti