"Düzünü desəm, özüm də heç nə başa düşmədim" - Azərbaycan klubundan göndərilən legioner

17 Avqust 2022 03:30 Sumqayıt 5 868
"Düzünü desəm, özüm də heç nə başa düşmədim" - Azərbaycan klubundan göndərilən legioner

"Şerif"in futbolçusu Aleksandr Belausov bir müddət əvvəl "Sumqayıt"ın düşərgəsində olsa da, komandada saxlanılmamışdı.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Moldova millisinin 24 yaşlı müdafiəçisi "kimyaçılar"la müqavilə imzalaya bilməməsini bu cür şərh edib:

"Düzünü desəm, özüm də heç nə başa düşmədim. Çünki iki oyunda iki assist etmişdim. Deyilənə görə, agent klub prezidenti ilə anlaşa bilmədi.

Amma mən komanda ilə birlikdə Türkiyəyə toplanışa yollanacağımı ehtimal edirdim. Çünki birinci və ikinci oyunda assist etdim. İkinci matçda penalti qazandım.

Düşünürdüm ki, nə lazımdırsa, edə bildim. Amma qazaxıstanlı futbolçu ilə müqavilə imzaladılar.

Bildiyim qədərilə şərtlər o qədər də yüksək deyildi, amma o futbolçu komandada qaldı. Belə başa düşdüm ki, onlara daha güclü legionerlər lazımdı.

Bu da onların öz seçimi, haqqıdı. Düzünü desəm, orada hər şeyi bəyəndim, əla idi. “Sumqayıt”ın düşərgəsindən ayrıldıqdan sonra ölkəmə qayıtmışam və “Milsami”də oynayıram".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"