Azərbaycan yığmasına çağırılan yarımmüdafiəçi seçim qarşısında

15 Avqust 2022 17:40 Sumqayıt 1 774
Azərbaycan yığmasına çağırılan yarımmüdafiəçi seçim qarşısında

İslamiadada çıxış edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılan Murad Xaçayev “Sumqayıt”dan ayrıla bilər.

Buna səbəb 1998-ci il təvəllüdlü yarımmüdafiəçinin fiziki hazırlıq səviyyəsinin Aleksey Baqanı qane etməməsidir.

Baş məşqçi mövsümlərarası hazırlıq dönəmində yaxşı təsir bağışlamayan orta sahə oyunçusunun əməkahaqqısının 2000 manat artırılmasına razı olmayıb.

Xaçayev maaşının ötən mövsümdəki kimi 6000 manat qalmasına razılıq verməsə, ya əvəzedici heyətə göndəriləcək, ya da özünə başqa komanda tapmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!