Azərbaycan millisinin müdafiəçisi yeni klubu ilə problem yaşadı, geri döndü

15 Avqust 2022 13:00 Sumqayıt 1 891
Azərbaycan millisinin müdafiəçisi yeni klubu ilə problem yaşadı, geri döndü

Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi yenidən "Sumqayıt"a dönüb.

Bu haqda Sportinfo.az-a "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, 3 həftə öncə "Traktor"a transfer olunan arxa xətt oyunçusunun İran klubu ilə problemi yaranıb.

Təbriz təmsilçisi ilə 2 illik müqavilə bağlamış Haqverdi aradakı anlaşılmazlığa görə geri qayıdıb və hazırda "Sumqayıt"ın düşərgəsində yer alıb.

Fərdi qaydada məşq edən yığmanın üzvünün cənubi Azərbaycan komandasıyla anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verməsi gözlənilir.

Höccət Haqverdi 2021-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, Azərbaycan yığmasında 13 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?