"Daha çox oyunçulara görə məyus oldum" - Aleksey Baqa

13 Avqust 2022 21:10 Sumqayıt 736
"Daha çox oyunçulara görə məyus oldum" - Aleksey Baqa

Misli Premyer Liqasının II turunun "Sumqayıt" - "Qarabağ" matçından (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Atmosfer çox yaxşı idi. Ölkənin ən yaxşı klubu bu gün meydanda idi. Bizi də dəstəkləyənlər kifayət qədər çox idi. "Qarabağ" kimi komandalara qarşı nəticə əldə etmək üçün imkanlardan yararlanmaq lazımdır. Alınmırsa, cəzalanacaqsan.

- Sanki 70 nömrəli hücumçu - Ole Ture bundan sonra bütün oyunlarda oynasa da, qol vura bilməyəcək. Bu, mənim fikrimdir. Siz necə düşünürsüz?
- Onun zədəsi var. Oyundan sonra dəqiqləşdi. Bunun üzərində işləməliyik. Sonra qol vurub, heyətə düşməlidir.

- "Qarabağ" kimi komandadan əlavə vaxtlarda qol buraxdız. Hansı hissləri keçirdiz?
- Təəssüf hissi keçirirəm. Əlavə vaxtlarda qol buraxmaq bir qədər təəssüflüdür. Daha çox futbolçulara görə pis oldum. Meydanda öz güclərini qoydular. Texniki zonada biz də müəyyən hisslər keçiririk. Lakin daha çox oyunçulara görə məyus oldum.

Digər Xəbərlər
Xəbər Lenti