"Qarabağ" Sumqayıta getdi, izdiham yaşandı və... VİDEO+FOTOLAR

13 Avqust 2022 19:00 Sumqayıt 1 315
"Qarabağ" Sumqayıta getdi, izdiham yaşandı və... VİDEO+FOTOLAR

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sumqayıt' "Qarabağ"ı qəbul edir.

Sumqayıtda keçirlən matça böyük maraq var. Rəqibin "Qarabağ" olması hətta böyük şəhərdə izdihama səbəb olub.

Belə ki, oyunun keçirildiyi "Kapital Bank Arenan"nın tribunalarında boş yer yoxdur.

Tribunlar olmayan və setka ilə hasara alınmış tərəflər belə azarkeşlə doludur.

İş bununla da bitmir. Matça gələn azarkeşlərin ardı-arası kəsilməyincə polislər çıxış yolunu arenanın giriş qapılarını bağlamaqda görüblər.

Belədə çox sayda futbolsevər qarşılaşmaya baxmaqdan məhrum olub.

Hazırda ilk hissəsi oynana matçda hesab açılmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti