«Sumqayıt»da Premyer Liqanın yeni mövsümünün açılışına həsr olunmuş toplantı keçirilib.
Klubun prezidenti Riad Rəfiyev ilk turda «Sabah»la baş tutan matçdan danışıb, komandadan uğurlu çıxış gözlədiyini bildirib.
O, heyətin ötən mövsümlə müqayisədə xeyli gücləndiyini, rəhbərlik səviyyədə kollektivə hər cür dəstək verildiyini xatırladıb.
Aleksey Baqa isə öz növbəsində onlara vaxt lazım olduğunu söyləyib.
Baş məşqçi qeyd edib ki, komandaya ilk dəfə legionerlər cəlb olunub və yenilərin adaptasiya prosesinin tez başa çatması üçün əlindən gələni əsirgəmir.
Belaruslu mütəxəssis bəzi mövqeləri gücləndirmək gərəkdiyini vurğulayıb, bunun üçün daha 1-2 əcnəbi futbolçu alınmasını xahiş eləyib.
SPORTİNFO.AZ