Yeni transfer “Qarabağ"ı bu sözlərlə…"Biz belə gözləmirdik”

13 Avqust 2022 16:35 Sumqayıt 1 346
Yeni transfer “Qarabağ"ı bu sözlərlə…"Biz belə gözləmirdik”

“Sumqayıt”ın yarımmüdafiəçisi Vüsal İsgəndərli Sportinfo.az-a açıqlama verib.

Cinah oyunçusu ilk olaraq Premyer Liqanın startında “Sabah”a 0:3 hesablı məğlubiyyəti şərh edib:

“Biz də belə başlanğıc gözləmirdik. Yaxşı hazırlıq keçmişdik. Oyuna da yaxşı hazırlaşmışdıq. Sadəcə, alınmadı.

Amma hələ cəmi birinci turdur, qarşıda çox oyun var. Komanda olaraq sona kimi döyüşmək lazımdır.

İnşallah, bunu da edəcəyik. “Sabah”a məğlubiyyətdən lazımı dərs çıxardıq”.

“Kimyaçılar” bu gün ikinci tur çərçivəsində daha iddialı “Qarabağ”la üz-üzə gələcək. İsgəndərli çətin rəqiblə oyunda xal və xallar qazanmağa çox ümidlidir:

“Öncə Qarabağ”ı təbrik edirəm. Hər bir azərbaycanlı kimi, mən də Çempionlar Liqasının pley-off-una çıxmasına çox sevindim.

Öz oyunumuza qaldıqda, kim çox mübarizə aparsa, döyüşsə o da bəhrəsin görəcək. Əsas odur, istək olsun.

İnşallah, biz də bu tur daha istəkli olub, xal və xallar qazanmağa çalışacağıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti