Makedoniya millsinin müdafiəçisi "Sumqayıt"da

11 Avqust 2022 00:30 Sumqayıt 978
Makedoniya millsinin müdafiəçisi "Sumqayıt"da

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millsinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb.

23 yaşlı cinah müdafiəçisi yeni komandasında 12 nömrəli formada çıxış edəcək.

Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib.

Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan futbolçu həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə