Yuxudan erkən ayılmaq vaxtıdır, belə getməz...

8 Avqust 2022 17:40 Sumqayıt 637
Yuxudan erkən ayılmaq vaxtıdır, belə getməz...

Aleksey Baqa ona tanış hissləri növbəti dəfə Masazırda yaşadı.

«Suimqayıt»ın ötən mövsüm qaldığı yerdən yoluna davam etməsinə ən çox üzülən də odur.

Belaruslu belə bilmirdi. Legioner qadağasının götürülməsindən sonra vəziyyətin köklü surətdə dəyişəcəyinə hardasa arxayın idi.

Ondakı əminlik o qədər çox idi ki, iyun-iyul aylarını əcnəbilərə həsr etdi: istər Azərbaycana, istərsə də Türkiyəyə kənardan xeyli futbolçu gəlib-getdi.

Baqa dünən deyir ki, hələ proses tamamlanmayıb, komanda tam formalaşmayıb, bəzi mövqelərin gücləndirilməsi şərtdir.

Yəqin ki, müdafiə və hücum xətlərini nəzərdə tutur. Doğrudan da, birinci və üçüncü zonalar sabaha ümid vermir.

Elə «Sabah»la qarşılaşmadan çıxan nəticə bunu deyir. 0:3 hesablı məğlubiyyət onu da deyir ki, Baqa taktiki baxışlarını dəyişməlidir. Dəyişməsə, 3-4 tura özünü dəyişəcəklər.

Futbol bir növ şahmatdır, həm də şahmat deyil. Köhnə və yeni futbolçular arasında anlaşma zəifdir, üstəlik, müdafiəyə yönəlik ultra tutumun vəd etdiyi gələcək də qaranlıqdır.

«Sumqayıt»ın rəqib qapısına doğru ilk zərbəsi 37-37-ci dəqiqəyə təsadüf etdi. «Sabah»ın müdafiə xəttinə yaxınlaşa belə bilməyən komandasının 3 cavabsız qol buraxması Baqanı xəyal aləmindən ayırmalıdır.

Yuxudan gec oyananın bərəkəti az olar axı. Bir tez evlənən uduzmaz, bir də ziyanın yarısından qayıdan.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?