Azərbaycan klubu ikinci polyak qapıçını da geri qaytardı

8 Avqust 2022 14:00 Sumqayıt 1 740
Azərbaycan klubu ikinci polyak qapıçını da geri qaytardı

«Sumqayıt» «Lex»in sabiq qapıçısı Miloş Mleçko ilə bağlı qərarını verib.

Yoxlanışdan keçirmək üçün ölkəmizə gələn polşalı bəyənilməyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində «Qarabağ»a rəqib olmuş Poznan klubunun yetirməsi artıq geri göndərilib.

«Lex» 23 yaşlı kiperi 2016-cı ildə «Puszka Niepołomise»yə icarəyə verib. O, 2020/21-ci illər mövsümündə Lodz «Vidzev»inin uğurları üçün tər töküb.
Mleçko Polşanın U-18, UV-19 və U-20 yığmalarının formasını geyinib.

«Sumqayıt»lıların ondan əvvəl bir başqa polyakı – Mateuş Kuxtanı yoxlanışa cəlb etdiyini, Türkiyə toplanışından sonra isə geri göndərməsini yada salaq.

Bu mövsümdən etibarən legioner qadağası üzərindən götürülən «kimyaçılar» artıq 6 əcnəbi ilə münasibətlərini rəsmiləşdirib.

Bunlar Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya), Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan), Alya Ture (“Başakşəhər”, Türkiyə, icarə), Filipe Şabidir (“Sportinq”, Portuqaliya) və Ouro-Nil Turedir (PSTC, Braziliya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!