Legionersiz "Sumqayıt", yoxsa legionerli "Sumqayıt"?

8 Avqust 2022 02:00 Sumqayıt 689
Legionersiz "Sumqayıt", yoxsa legionerli "Sumqayıt"?

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın ilk turunun "Sabah"la oyunu (0:3) haqda sualları cavablandırıb.

- Oyuna kifayət qədər inamsız başladıq. Buna isə bir neçə səbəb gətirmək olar. Çempionat yeni başlayıb. Birinci hissədə rəqibə oynamaq üçün kifayət qədər şans verdik. İkinci yarıda daha çox hücum etməyə çalışdıq. Vəziyyəti bərabərləşdirmək istəsək də, bunu bacarmadıq. Kifayət qədər inamsız start oldu.

- Standart vəziyyətlərdə komanda ev tapşırıqlarının olduğunu göstərirdi. Bu, komandanın yeni mövsümdəki "vizit kartı" olacaq?
- "Vizit kartı"mız olacağını deyə bilmərəm. Çünki istənilən komandanın standart vəziyyətlər zamanı hansısa ev tapşırığı yerinə yetirir. Bu gün qol vurub vəziyyəti dəyişmək istəyirdik. Ona görə də standart vəziyyətlər zamanı nəticə əldə etməyə çalışdıq. Amma bunu bacarmadıq. Çalışacağıq ki, standart vəziyyətlərdən növbəti turlarda hansısa üstünlük əldə edək.

- Bu gün "Sumqayıt"ın start heyətində meydana 6 yeni transfer çıxmışdı. Komandanın istədiyiniz kimi oynaması üçün nə qədər vaxt lazımdı?
- Bu gün bizə gələn yeni futbolçular var və burada onlar üçün hər şey yenidi. Onların ölkəyə və komandaya uyğunlaşmalıdı. İlk dəfədir ki, kluba legionerlər gəlib. Bu, həm rəhbərlik, həm də məşqçilər korpusu üçün yeni təcrübədi. Hansısa futbolçu komandaya tez uyğunlaşır, hansısa gec. Biz məşqlərdə bunun üzərində işləyirik.

- Filipe Çabinin oyundan öncə ayağında ağrılar var idi. Həkimlər bu haqda sizə bildirmişdi?
- O, birinci hissədə deyil, ikinci hissənin ortalarında əvəzləndi. Məşqdə ağrıları var idi, amma həkimlər onu hazır vəziyyətə gətirdilər. Bu gün səhər də mənə onun oynaya biləcəyini bildirdilər. Standart vəziyyətlərindən azad etdik ki, ağrıları çox olmasın.

- Legionersiz "Sumqayıt", yoxsa legionerli "Sumqayıt"?
- Bu haqda danışmaq yeni gələnlərə, bundan qabaq Azərbaycan pasportu ilə oynayanlara, həmçinin məndən əvvəl yerli futbolçularla işləyən məşqçilərə qarşı düzgün olmazdı.

- Anatoli Nuriyevin vurduğu qol zamanı səhv kimdə idi? Elvin Bədəlova bu qədər güvənirsiniz?
- Hansısa futbolçunun yaxşı və ya zəif olması haqda danışmaq olmaz. Sırf bu gün üçün heyət belə qurulmuşdu. Buraxılan qolda yalnız Bədəlovu günahlandırmaq düzgün olmaz. İstənilən qol zəncirvari səhvlərdən əmələ gəlir. Nuriyevin vurduğu qolda, "Sabah" futbolçuları cinahı yardı və ötürmə edib qollarını vurdu. Biz də cinahdan irəliləyirdik, amma ötürmə edəndə ya qapıçının üzərinə gedirdi, ya da arxaya düşürdü. Buraxılan qolda sırf hansısa futbolçunun günahlandırmaq doğru olmaz.

Digər Xəbərlər
Xəbər Lenti