“Sumqayıt“ın ilk legioneri: “İndiyə qədər harada deyiblər, orada…“

7 Avqust 2022 17:20 Sumqayıt 766
“Sumqayıt“ın ilk legioneri: “İndiyə qədər harada deyiblər, orada…“

“İndiyə qədər müdafiənin müxtəlif yerlərində oynamışam.

Mənim üçün hansı mövqedə mübarizə aparmaq daha rahatdır? Məşqçi harada məsləhət görsə, orada“.

Bu sözləri Sportinfo.az-ın müdafiəçisi Steven Pereyra deyib.

“Kimyaçılar“ın tarixinə ilk legioner kimi düşən Kabo-Verde millisinin üzvü bildirib ki, onun işi verilən tapşırığı yerinə yetirməkdir.

“Orada istəmirəm, mənə burada rahatdır” demək peşəkar futbolçuya yaraşmaz. İndiyə qədər harada deyiblər, orada oynamışam. Müdafiənin mərkəzində, “sağı”nda...

Amma söhbət özümü rahat hiss etməkdən gedirsə, sevimli nöqtəm müdafiənin mərkəzidir“.

28 yaşlı afrikalı Niderlandın Rotterdam şəhərində dünyaya gəlib. “Zvolle”də oynadıqdan sonra müvafiq olaraq “Maastrixt”, ÇSKA(Sofiya), “Santa Klara”, “Akademiko de Vizeu”, “Oliveyrense” və “Maritzburq”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”