Azərbaycan klubu 16000 nəfərlik “məbəd”ə nə vaxt köçəcək? - AÇIQLAMA

5 Avqust 2022 16:00 Sumqayıt 3 947
Azərbaycan klubu 16000 nəfərlik “məbəd”ə nə vaxt köçəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yarımçıq qalan işlər sürətlənib.

Əgər qarşıdakı günlər gözlənilməz bir hal baş verməsə, arena sentyabrda istifadəyə veriləcək.

Maraqlıdır, belədə Sumqayıtın tək komandası olan “Sumqayıt” starta hazırlaşan mövsümün gedişində burada öz oyunlarını keçirə biləcəkmi?

Ümumiyyətlə, şəhərin tək komandasının şəhərin ən böyük arenası ilə bağlı yeni mövsüm planları nədir?

Məsələ ilə bağlı klubun mətbuat ximətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi məsələ ilə bağlı sorğumuza cavab olaraq bunları dedi:

"Stadionda təmir işləri hələ də davam edir. Çox sevinirik ki, işlər artıq yekunlaşmaq üzrədir. Əlbəttə, orada meydana çıxmaq xoş olar.

Klub olaraq həmin günü səbrsizliklə gözləyirik. Ümid edirik ki, tezliklə arenanın açılışı olar və bizə doğma olan böyük stadionumuzda oyunlarımızı keçirərik.

Bu, nəinki futbol ictimaiyyətinin, ümumiyyətlə, idmanla əlaqəsi ola ən siravi adamın da arzusudur".

Sumqayıt təmsilçisi son illər oyunlarını birqayda olaraq yeni tikilmiş və təxminən 1300 nəfər azarkeş tutumu olan “Kapital Bank Arena”da keçirir.

İnşası davam edən Mehdi Hüseynzadə adına stadionun isə 16000 tamaşaçı qəbul etmək iqtidarında olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti