Türkiyədən “Sumqayıt”a gəldi, ad çəkdi, “bəyənirəm” dedi

4 Avqust 2022 16:40 Sumqayıt 1 516
Türkiyədən “Sumqayıt”a gəldi, ad çəkdi, “bəyənirəm” dedi

Növbəti mövsümü medalçılar sırasında başa vurmağı hədəfləyən “Sumqayıt” transferlərə ara vermir.

Buna qədər 3 legionerlə güclənmiş “kimyaçılar” son olaraq Ayla Tureni heyətinə qatdı.

Daha doğrusu, sumqayıtlılar “İstanbul Başakşehir”in cinah yarımmüdafiəçisini 1 illik icarəyə götürüb.

Yeni komandasında “37” nömrəli futbolkanı geyinəcək 20 yaşlı qvineyalı komandanın düşərgəsinə xeyli öncə - Bakıdakı toplanışda qoşulubmuş.

Ture Sportinfo.az-a açıqlamasında “Sumqayıt”la bağlı ilkin təəssüratlarını bölüşüb:

“Sumqayıt”a Bakıdakı toplanışda qoşulmuşdum. Kollektivdəki ab-havanı və Bakını çox bəyəndiyimi deməliyəm.

Ankaradakı təlim-məşq toplanışını başa vurmaq üzrəyik. Xeyli vaxtdır komandada olduğum üçün uyğunlaşma prosesi artıq geridə qalıb.

Hamı mənə qarşı xoş davranır, kömək etməyə çalışır. “Sumqayıt”la müqavilə imzaladığım üçün şadam.

Komandama kömək etmək və özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Çempionatın başlamasını və debütümü səbirsizliklə gözləyirəm”.

Alya Ture karyerası ərzində Qvineyanın “Sekvens”, Türkiyənin “İstanbul Başakşehir” və “Akhisarspor”, Danimarkanın “Yammerbuxt” komandalarının şərəfini qoruyub.

O, yaxın keçmişdə Qvineyanın 19 yaşadək futbolçulardan ibarət millisinə də dəvət alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"