SON DƏQİQƏ - "Sumqayıt" "Lex"in qapıçısını gətirdi

4 Avqust 2022 14:00 Sumqayıt 1 395
SON DƏQİQƏ - "Sumqayıt" "Lex"in qapıçısını gətirdi

«Lex»in sabiq qapıçısı Miloş Mleçko hazırda Azərbaycandadır.

«Sumqayıt» onu yoxlanışdan keçirmək üçün ölkəmizə gətirib.

Çempionlar Liqasının I təsnifat mərhələsində «Qarabağ»a rəqib olmuş Poznan klubunun yetirməsi haqda bir neçə gün sonra veriləcək.

«Lex» 23 yaşlı kiperi 2016-cı ildə «Puszka Niepołomise»yə icarəyə verib. O, 2020/21-ci illər mövsümündə Lodz «Vidzev»inin uğurları üçün tər töküb.

Mleçko Polşanın U-18, UV-19 və U-20 yığmalarının formasını geyinib. «Sumqayıt»lıların ondan əvvəl bir başqa polyakı – Mateuş Kuxtanı yoxlanışa cəlb etdiyini, Türkiyə toplanışından sonra isə geri göndərməsini yada salaq.

Bu mövsümdən etibarən legioner qadağası üzərindən götürülən «kimyaçılar» artıq 6 əcnəbi ilə münasibətlərini rəsmiləşdirib.

Bunlar Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya), Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan), Alya Ture (“Başakşəhər”, Türkiyə, icarə), Filipe Şabidir (“Sportinq”, Portuqaliya) və Ouro-Nil Turedir (PSTC, Braziliya).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu