3 Braziliya klubunda çıxış etmiş hücumçu "Sumqayıt"da

4 Avqust 2022 13:20 Sumqayıt 939
3 Braziliya klubunda çıxış etmiş hücumçu "Sumqayıt"da

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir legionerin keçidini həyata keçirib.

Sportinfo.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və PSTC-da çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı toqolu yeni komandasında “70” nömrəli formada çıxış edəcək.

Bu mövsümdən etibarən "Sumqayıt" klubu strategiyasını dəyişərək, legioner futbolçu transfer etməyə başlayıb. «Gənclik şəhəri» təmsilçisi mövsümlərarası fasilədə artıq 5 legionerlə müqavilə bağlayıb.

Bunlar Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya), Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan), Alya Ture (“Başakşəhər”, Türkiyə, icarə) və Filipe Şabidir (“Sportinq”, Portuqaliya).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti