Azərbaycan klubu daha 2 legioner gətirir – Biri hücumçu, biri müdafiəçi

4 Avqust 2022 09:40 Sumqayıt 1 480
Azərbaycan klubu daha 2 legioner gətirir – Biri hücumçu, biri müdafiəçi

«Sumqayıt» 2 yeni legionerlə danışıqlar aparır.

Polşadan baxışa qapıçı gətirən «kimyaçılar» bu dəfə ölkə xaricində hücumçu və müdafiə axtarır.

Aleksey Baqa həmin mövqeləri əcnəbi futbolçularla gücləndirməklə, komplektləşdirmə prosesi bitirməyi planlaşdırır.

«Gənclik şəhəri» təmsilçisi mövsümlərarası fasilədə artıq 5 legionerlə müqavilə bağlayıb.

Bunlar Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya), Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan), Alya Ture (“Başakşəhər”, Türkiyə, icarə) və Filipe Şabidir (“Sportinq”, Portuqaliya).

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti