"Qarabağ" ÇL-də pley-offa vəsiqə qazansa... Bu cütün qalibi ilə üz-üzə gələcək - VİDEO

2 Avqust 2022 14:10 Sumqayıt 874
"Qarabağ" ÇL-də pley-offa vəsiqə qazansa... Bu cütün qalibi ilə üz-üzə gələcək - VİDEO

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü evdə oynayacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda