Aleksey Baqa yaxşı tanıdığı hücumçunu "Sumqayıt"a gətirir?

2 Avqust 2022 17:00 Sumqayıt 1 684
Aleksey Baqa yaxşı tanıdığı hücumçunu "Sumqayıt"a gətirir?

Aleksey Baqanın yeni hücumçu axtarışında olduğunu xəbər vermişdik.

Deyəsən, belaruslu mütəxəssis istəyinə sabiq yetirməsi ilə çatacaq.

Belə ki, "Sumqayıt"a təklif olunan sonuncu forvard Bojan Dubayicdir.

31 yaşlı oyunçu BATE-də Aleksey Baqanın rəhbərliyi altında çıxış edib.

Sonuncu klubu Kiprin "Paralimniou" klubu olan serbiyalı oyunçu BATE-dən başqa Qazaxıstanda "Aktobe", İsveçrədə "Luqano", "Le Mon", vətənində "İndjiya" və "Radniçki" kimi klubların da şərəfin qoruyub.

Bojan karyerası ərzində 289 oyunda 66 qol və 31 asistlə yadda qalıb.

Əgər onun hazırkı durumu sabiq baş məşqçisini razı salsa, yeni mövsüm forvardı "kimyaçılar"ın heyətində görə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!