"Sportinq"in yetirməsi Azərbaycanda nə pul qazanacaq? - VİDEO

31 İyul 2022 22:29 Sumqayıt 1 149
"Sportinq"in yetirməsi Azərbaycanda nə pul qazanacaq? - VİDEO

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir legionerin keçidini reallaşdırıb.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.

O, karyerası boyunca yetirməsi olduğu "Sportinq"lə yanaşı, "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb.

Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.

1994-cü il təvəllüdlü vingerin «Sumqayıt»da aylıq 8000 dollar qazanacağı haqda yayılmış xəbərlər doğru deyil.

Hər halda klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a belə leyib.

Onun sözlərinə görə, «Sportinq»in yetirməsinin əməkhaqqısı göstərilən rəqəmdən iki dəfə aşağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti