"Sumqayıt"ı heç vaxt unutmaram" - "Traktor"a keçən millimizin müdafiəçisi

31 İyul 2022 23:20 Sumqayıt 805
"Sumqayıt"ı heç vaxt unutmaram" - "Traktor"a keçən millimizin müdafiəçisi

Azərbaycan millisinin müdafiəçisi Höccat Haqverdinin "Sumqayıt"dan ayrılaraq "Traktor"a keçməsi barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, o, instaqram hesabında "Sumqayıt"dan ayrılması haqda yazıb. Haqverdi "kimyaçılar"a təşəkkür edib:

"Təxminən iki ildən sonra "Sumqayıt" ilə vidalaşmağın vaxtı gəldi. Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada oynamaqdan qürur duyuram.

Bütün heyətə və xüsusən də mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildirirəm. "Sumqayıt"ı heç vaxt unutmaram və hamınız üçün darıxıram.

Sizi yenidən görəcəyimə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti