Yeni mövsümə hazırlığın ikinci mərhələsini dünən Türkiyədə başa vuran "Sumqayıt" vətənə qayıdıb.
Təxminən bir həftədən sonra isə Premyer Liqada yeni mövsümə start veriləcək.
Amma Aleksey Baqanın istədiyi transferlər hələ də tam həyata keçməyib.
Düzdü, bir neçə yerli oyunçu və 4 legionerlə müqavilə imzalanıb.
Amma belaruslu mütəxəssisin iki əsas və vacib transfer istəyi hələ də qalır.
Belə ki, yay fasiləsində legioner məşqçi Rəhim Sadıxovla yolların ayrılmasına bir şərtlə razılaşıb ki, onun yerinə ən azı onun səviyyəsində oyunçu tapılsın.
İkinci tələbi isə hücum xətti ilə bağlıdır. Əli Qurbani ilə yolların ayrılmasına özü istəyən mütəxəssis fərqli tipdə forvard axtardığını rəhbərliyə bildirib.
Hər iki tələblə bağlı rəsmilərin razılığı olub, amma arxada qalan müddət bu istəklərin həlli mümkün olmayıb.
Təklif olunan futbolçular gah baş məşqçinin ürəyincə olmur, gah da qiymət klubun büdcəsinə uyğun gəlmir. Axtarışlar isə hələ də davam edir.
XANOĞLAN / SPORTİNFO.AZ

