"Sumqayıt" yeni transferini gerçəkləşdirib.
Sportinfo.az "gənclik şəhəri" təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, klub portuqaliyalı Filipe Şabi ilə anlaşıb.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
"Sportinq"in yetirməsi olan Şabi Portuqaliyanın aşağı yaş qruplarından ibarət milli komandalarının da formasını geyinib.
Filipe Çabi "Sportinq"in (Lissabon) yetirməsidir.
O, "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.

