2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” sonuncu yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib.
Görüş "gənclik şəhəri" təmsilçisinin minimalhesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.
"Sumqayıt" iyulun 29-da keçiriləcək bərpa məşqi ilə yeni mövsümə hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda iyulun 30-da Vətənə qayıdacaq.

