"Sumqayıt"da növbəti ayrılıq dünən rəsmiləşdi.
Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi parladığı komandadan ayrılmağa qərar verdi.
Milliləşdirilmiş oyunçu yeni mövsümü İranda - "Traktor"da keçirəcək.
2023-cü ilə kimi "kimyaçılar"la müqaviləsi olan arxa xətt oyunçusu yeni klubuna heç də havayı başa gəlməyib.
Cənubi Azərbaycan təmsilçisi Höccəti heyətinə qatmaq üçün müəyyən təzminat ödəməli olub. Söhbət təxminən 150-200 min dollar civarında məbləğdən gedir.
"Sumqayıt"ın Höccətə kimi, son illər Cavid İmamverdiyev və Xəyal Nəcəfov transferlərindən də gəlir əldə etdiyini bildirək.
“Kimyaçılar”ın İmamverdiyevi 2018-ci ildə “Sabah” 170 min manata, Nəcəfovu isə ötən ilin yayında 180 min manat qarşılığında “Neftçi”yə satmasını yada salaq.
Bunda isə təbii ki, klubun prezidenti Riyad Rəfiyevin böyük rolu var.
XANOĞLAN / SPORTİNFO.AZ

