2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" qardaş ölkədə sonuncu yoxlama oyununa çıxacaq.
Aleksey Baqanın komandası son İran çempionu "İstiqlal"la üz-üzə gələcək.
İyulun 28-də Qızılcahamam bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
“Sumqayıt” Türkiyədəki ilk sınaq matçında “Bandırmaspor”la heç-heçə edib - 2:2, "Samsunspor"a uduzub - 0:2.
Polşalı qapıçı Mateuş Kutxanı bəyənməyən “kimyaçılar” hazırda baxışda olan 2 legioner haqda qərarı Tehran klubu ilə görüşdən sonra verəcək.
Bunu saytımıza mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib. Söhbət toqolu hücumçu Ouro Nile Toure və panamalı forvard Omar Valensiyadan gedir.
Yeni mövsümə "Sumqayıt"da başlayacaq legionerlərin sayı artıq 4-ə çatıb. .
Bunlar qvineyalı hücumameylli yarımmüdafiəçisi Alya Ture, kabo-verdeli mərkəz müdafiəçisi Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), cinah müdafiəçisi Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya) və yarımmüdafiəçi, Rifat Nurmuqametdir (“Maktaaral”, Qazaxıstan).
SPORTİNFO.AZ

