Baş məşqçisini dəyişən Divizion komandası 4 seçim etdi

27 İyul 2022 18:40 Sumqayıt 739
Baş məşqçisini dəyişən Divizion komandası 4 seçim etdi

"Sumqayıt"ın əsas komandası kimi, əvəzedici heyəti də artıq yeni mövsümün hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, 2022/23 mövsümündə I Divizionda iştirak edəcək Vüqar Quliyevin yetirmələri iyulun 25-dən "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqlərini keçirir.

"Sumqayıt-2" yeni mövsümə hazırlıq məqsədi ilə 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda iyulun 30-da "Qaradağ Lökbatan", avqustun 6-da "Zirə-2", 10-da "Qarabağ-2", 17-də isə MOİK-lə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti