«Sumqayıt» bir həftədən çoxdur baxışda olan Mateuş Kuxta barədə qərarını verib.
Baş məşqçi Aleksey Baqa «Samsunspor»la yoxlama matçında şans tanıdığı polşalı qapıçını saxlamağı lazım bilməyib.
26 yaşlı kiperin formadan çox uzaq düşməsi onunla müqavilə imzalanmasını əngəlləyib.
Ölkəsində «Odra», «Zaqlembe», «Qurnik» və «Katoşitse» kimi klubların formasını geyinmiş Kuxtanın şərtləri də «kimyaçılar»ı razı salmayıb.
SPORTİNFO.AZ

