"Sumqayıt"a transfer olan Serbiya yığmasının müdafiəçısi ilk dəfə “Sportinfo”ya dedi ki...

27 İyul 2022 23:20 Sumqayıt 1 544
"Sumqayıt"a transfer olan Serbiya yığmasının müdafiəçısi ilk dəfə “Sportinfo”ya dedi ki...

“Sumqayıt”ın legioner transferinə icazə almasından sonra heyətinə qatdığı əcnəbilərdən biri də Damian Daniçiç oldu.

Serbiya U-21 millisinin də şərəfini qorumuş Zaqreb "Dinamo"sunun yetirməsi artıq bir neçə gündür yeni komandasının Türkiyə toplanışında iştirak edir.

Ölkəmizdəki ilk açıqlamasını Sportinfo.az-a verən cinah mmüdafiəçisi “kimyaçılar”dakı ilk təəssuratlarını bölüşüb:

“Hazırda Türkiyənin Ankara bölgəsində hazırlığımız davam edir. Məni çox xoş qarşıladılar.

Çox gərgin məşqlər və oyunlarımız keçir. Əsas məqsədimiz mövsümə tam hazır olmaqdır.

“Sumqayıt”la müqavilə imzaladığım üçün çox şadam. Bu klub inkişaf etməkdədir və düşünürəm ki, getdikcə daha da yaxşı olacaq.”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti