Azərbaycanda hər ay nə qədər pul qazanacaq? – Yeni gələn məşqçi

23 İyul 2022 11:40 Sumqayıt 1 322
Azərbaycanda hər ay nə qədər pul qazanacaq? – Yeni gələn məşqçi

"Sumqayıt”ın məşqçilər korpusunda yeni təyinat baş tutub.

Qoran Başiçlə 1 illik anlaşma imzalanıb.

Serbiyalı mütəxəssis Aleksey Baqanın fiziki hazırlıq üzrə köməkçisi təyin olunub.

38 yaşlı yardımçı karyerası ərzində “Voyvodina” (Serbiya), “Buriram Yunayted” (Tayland) və Serbiyanın U-18 millisində çalışıb. Balkanlı Azərbaycanda hər ay 1500-2000 dollar civarında pul qazanacaq.

Mövsümlərarası fasilədə fiziki hazırlıq üzrə ispaniyalı yardımçı Gerard Merino ilə yolları ayırıb. Sumqayıtlılar daha əvvəl – iyunda Dobre Mihayı düşərgəyə dəvət etmişdi.

Sonuncu iş yeri ölkəsində “Botoşani” olan rumıniyalı mütəxəssis burada cəmi 2-3 saat qalıb. 47 yaşlı yardımçı komanda ilə məşqə çıxandan sonra burada qalmağı lazım bilməyib.

Mihay gedərkən futbolçuların səviyyəsini bəhanə edib. Rumın əksər oyunçuların verdiyi tapşırıqları yerinə yetirmək iqtidarında olmadığını bildirib və “belə vəziyyətdə işləmək mənə çətin olacaq” söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti