"Neftçi"nin maraqlandığı istedaddan XƏBƏR VAR

22 İyul 2022 21:20 Sumqayıt 2 311
"Neftçi"nin maraqlandığı istedaddan XƏBƏR VAR

"Sumqayıt"ın istedadlı futbolçularından biri də Rüfət Abdullzadədir.

Təbii ki, adıçəkilən cyarımmüdafiəçinin xidmətində maraqlı olan müştərilər də az deyil.

Arasında "Neftçi"nin də olduğu bir neçə yerli və xarici klubdan Abdullzadəyə maraq olduğu neçə müddətdir mətbuatda yazılır.

Amma məsələ ilə bağlı klubdan əldə etdiyimiz məlumata görə, futbolçu üçün hələ bu günə qədər rəsmi olaraq heç bir klub müraciət etməyib.

Və gənclər millimizin də üzvü olan oyunçunun qarşıdakı mövsümü böyük ölçüdə "kimyaçılar"da keçirəcəyi dəqiqləşib.

Rüfət "Sumqayıt" Futbol Akademiyasının yetirməsidir.

21 yaşlı yarımmüdafiəçi əsas komandada 46 matça çıxıb və oyunlarda fərqlənə bilməsə də 4 asist etməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti